Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və mədəni sahələri əhatə edən müxtəlif müqavilələr imzalanmışdır

0

  •       Vətən müharibəsini 44 gün ərzində zəfərlə başa vurduqdan sonra dünya ölkələri arasında Azərbaycanın haqq işini dəstəkləyən böyük sayda dövlətlərlə bərabər, bəzi məsələlərə subyektiv münasibət bəsləyən və ölkəmizi dəstəkləməyən az sayda dövlətlər də yox deyildir. Ancaq torpaqlarını mənfur ermənilərdən azad etməsi Azərbaycanın dostlarının sayını günbəgün artırmaqdadır. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycan, erməni quldurları tərəfindən işğal edilmiş əzəli və əbədi Vətən torpaqlarının uzun illər düşmən işğalı altında qalması ilə barışa bilməzdi. Baxmayaraq ki, torpaqlarımızın qeyd - şərtsiz azad edilməsi haqqında BMT Təlükəsizlik Şurasının, ATƏT - in və digər beynəlxalq təşkilatların çox sayda qətnamələri var idi, ancaq bəzi qərb dövlətlərinin ərköyün övladına çevrilmiş Ermənistan ərazilərimizi azad etməkdən boyun qaçırırdı . Nəticədə heç bir çıxış yolu qalmayan Azərbaycan erməniləri ərazilərimizdən qovub çıxartdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Müharibədən sonra dünya birliyinin Azərbaycana rəğbəti birə - beş artdı. Bütün bu müsbət tendensiyanın yaranmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri danılmazdır. Ölkə Başçısı müharibə dövründə həm orduya rəhbərlik edən Ali Baş Komandan kimi, həm də Ölkəmizin Başçısı kimi üzərinə düşən bütün məsələləri zərgər dəqiqliyi ilə yerinə yetirdi. Sonrakı dövrdə də Azərbaycan Prezidenti istər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində, istərsə də xarici siyasətdə yorulmadan fəaliyyət göstərir, böyük uğurlara imza atır. Cənab İlham Əliyevin bu fəaliyyəti dünya dövlətləri tərəfindən təqdir edilir və böyük rəğbətlə qarşılanır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qeyd olunanları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 29 - da Macarıstana rəsmi səfəri bir daha sübut etdi. Belə ki, yüksək səviyyədə qarşılanan Ölkə Başçısı Macarıstanın Baş Naziri Viktor Orban ilə təkbətək və geniş tərkibdə görüşlər keçirmişdir . Macarıstanın Baş Naziri Viktor Orban ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin günü - gündən inkişaf etdiyini və yaranmış münasibətlərdə Ölkə Başçısı İlham Əliyevin xüsusi xidmətlərinin olduğunu qeyd etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Avropanın əsas qaz təminatçısı kimi, Macarıstanın da enerji daşıyıcıları ilə təmin olunmasında mühüm rol oynayır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkə Başçısı cənab İlham Əliyevin Macarıstana səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələri əhatə edən müxtəlif müqavilələr imzalanmışdır. Bu sənədlər arasında Azərbaycanın Şuşa şəhəri ilə​ Macarıstanın Vestprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi haqqında sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət murdar düşmənin işğalı altında qalan Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmişdir və bu şəhərlə dünyanın müxtəlif şəhərlərinin əməkdaşlığı, qardaşlaşması mühüm hadisədir . Bütün bunlar Şuşanın əzəli və əbədi Azərbaycan şəhəri olduğunu təsdiq edir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Jurnalistlər qarşısında çıxış edərkən Macarıstanın Baş Naziri Viktor Orbanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdiyi yüksək qiymət, onun haqqında söylədiyi xoş sözlər qürurvericidir. O, İlham Əliyevdən çox şeylər öyrənməli olduğunu və bunun üçün xeyli vaxtın lazım olduğunu vurğulamışdır. Dünyada baş verən hazırkı siyasi böhran vəziyyətində rəhbəri olduğu ölkəni səhvsiz idarə etmək olduqca çətindir. Xoşbəxt xalqıq ki, çətin şəraitdə Azərbaycanı səhvsiz və yüksək səviyyədə idarə edən İlham Əliyev kimi rəhbərimiz vardır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    Azərbaycanla Macarıstan arasında siyasi iqtisadi mədəni sahələri əhatə edən müxtəlif müqavilələr imzalanmışdır

    Maraqlı gələ bilər